Hadisə
Heydər Əliyev prospektində qəza - ANBAAN VİDEO
Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, zəruri təhlükəsizlik tədbirləri görülmədən yolun hərəkət hissəsində dayanan avtomobil qəzaya səbəb olub. Hərəkətdə olan digər nəqliyyat vasitəsi dayanmış avtomobilə çırpılıb. Hadisə mərkəzin müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Qurum sürücülərə müraciət edərək xatırladıb ki, nasazlıq və ya digər məcburi səbəblərdən avtomobil yolun hərəkət hissəsində saxlanılarsa, dərhal təhlükəsizlik tədbirləri görülməlidir. Belə ki, nəqliyyat vasitəsi mümkün olduqda yolun kənarına çəkilməli, qəza siqnalları aktivləşdirilməli və ən azı 30 metr məsafədə qəza dayanma nişanı qoyulmalıdır.
Həmçinin vurğulanıb ki, sükan arxasında diqqətsizlik yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır







.jpg)













.jpg)
.jpg)













