Hadisə
Lənkəranda ağır yol qəzası oldu
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 164-cü kilometrində, Girdəni kəndi ərazisində baş verib.
Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili Astara rayonunun Siyəkü kənd sakini, 1976-cı il təvəllüdlü Habil Gülağa oğlu Zəhidovun idarə etdiyi “DAF” markalı ağır tonajlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində “VAZ-2107”də olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar.
İlkin ehtimallara görə, qəza minik avtomobilinin əks hərəkət zolağına çıxması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
























.jpg)













