Hadisə
DİN, Baş Prokurorluq və ANAMA mina partlaması ilə bağlı məlumat yaydı
İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində noyabrın 16-sı mina hadisəsi baş verib.
Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1990-cı il təvəllüdlü Bərdə kənd sakini Natiq Namiq oğlu Əliyev minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.
Faktla bağlı Ağdərə Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
























.jpg)













