İdman
"Neftçi" Elvin Cəfərquliyevi alır? - Təfərrüat bəlli oldu
Son günlər "Qarabağ"da intizam qaydalarını pozduğu üçün əvəzedici komandaya göndərilən Elvin Cəfərqliyevin klubunu dəyişəcəyi ilə bağlı iddialar var. Onun "Neftçi"yə keçəcəyi daha çox müzakirə olunur.
Publika.az-ın əldə etdiyi məlumata görə, indiki halda Azərbaycan millisinin üzvünün "ağ-qaralar"a keçidi elə də real görünmür. Bu, futbolçu ilə bağlı yaranan vəziyyətlə bağlı deyil.
Yeni mövsümdə 90 illiyini qeyd edəcək Bakı klubu titul qazanmaq üçün iddialı heyət qurmaq istəyir. Klub artıq baş məşqçi Yuri Vernidubun hesabatı əsasında bəzi mövqelər üzrə axtarışlara başlayıb. Ukraynalı mütəxəssis xüsusi ilə müdafiə xəttinin gücləndirilməsini istəyir ki, belə məqamda Elvin "Neftçi" üçün əla variant ola bilər.
25 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi var. Uğurlu mövsüm keçirən Cəfərquliyevə ölkə xaricindən də maraq var. Bu səbəbdən onun transfer qiyməti elə də ucuz deyil. Futbolçunun maaşı da aşağı olmayacaq. "Neftçi" isə təkcə Elvinə deyil, hansısa transferə böyük məbləğ xərcləmək fikrində deyil. Klub təmkinli davranaraq daha sərfəli variantlar axtarır.
Elvinin çıxış etdiyi son cinah müdafiəçisi mövqeyində isə "Neftçi" üçün ən yaxşı seçim "Şamaxı"da çıxış edən və "ağ-qaralar"ın yetirməsi olan Rüfət Abbasovdur. 21 yaşlı futbolçu iki mövsümdür bölgə klubunun formasını geyinir və əsas heyət üzvüdür. Müqaviləsi mövsümün sonunda başa çatacağı üçün azad agent statusu ilə transfer oluna bilər. Gənc utbolçu özü də cəmi 1 oyunda formasını geyindiyi doğma klubuna qayıtmağı arzulayır.
U-21 millisinin üzvü olan Abbasov əsas yığmaya cəlb olunub. O, cari mövsümdə "Şamaxı" forması ilə ümumilikdə 32 oyunda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Premyer Liqadakı 28 oyunun hamısında çıxış edib.
Heybət
-
Magazin109:40Yaşar Yusubun həkim xanımı gündəm oldu - Birgə FOTOLARI yayıldı
-
Hadisə09:23Kəmaləddin Heydərov hadisə yerindədir - Foto/Video
-
Hadisə08:15Lökbatandakı güclü yanğınla mübarizəyə helikopterlər cəlb olundu - Foto/Video/Yeniləndi
-
Sosial07:55Dəniz mənzərəli evlərdəki problem - Nəyə diqqət etməli?
-
Dünya06:46Başqa alternativ yoxdur! - Qalibafdan sərt sözlər
-
Dünya05:15460 milyon qrivnanın yuyulmasında iştirak edib... - Yermakı hansı cəza gözləyir?
-
İdman02:18Ədalətli hakimlik olsaydı, onlar zirvədə olmazdı - Şok ittiham
-
Qoroskop01:20Günün ulduz falı: ailə ilə bağlı qərarlar önəmli olacaq















.jpg)

.jpg)















