Hadisə
Aytən Səfərovanın “Turan Bank” kartındakı puldan “Caspian International”ın vəzifəli şəxsləri necə xəbər tutub? - TƏFƏRRÜAT
“Caspian International” Hospitalda bir qrup vəzifəli şəxsin keçmiş işçiləri olan tanınmış həkim Aytən Səfərovanın kartından pul oğurlaması barədə xəbər vermişdik.
Publika.az Teleqraf-a istinadən vəzifəli şəxslərin oğurluq əməli ilə bağlı açılan cinayət işinin yeni təfərrüatlarını əldə edib.
Bildirək ki, kartından pul oğurlanan şəxs tanınmış mama-ginekoloq Aytən Səfərova ötən ilin dekabrında “Caspian International” Hospitaldan işdən ayrılıb. Onun bank kartına 11 min manat məbləğ köçürülüb.
Əmək müqaviləsinə xitam verildikdən bir müddət sonra Aytən Səfərova kartındakı vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Daha sonra sifariş verilmiş yeni kartdan ona məxsus vəsait nağdlaşdırılıb. Aytən Səfərovaya təqdim edilən kart “Turan Bank”a məxsus olub. Klinikanın vəzifəli şəxsləri banka müraciət edərək Aytən Səfərovaya məxsus kartı bloklatdırıblar və onun adına yeni kart sifariş veriblər.
Əldə etdikləri yeni kart vasitəsilə Aytən Səfərovanın 11 min manatını klinikanın həyətindəki “Turan Bank”a məxsus ATM-dən 1000 manat olmaqla 11 dəfəyə nağdlaşdırıblar. Aytən Səfərova bundan xəbər tutduqdan sonra klinika ilə əlaqə saxlayıb. Tərəflər arasında məsələ ilə bağlı bir neçə dəfə danışıq aparılıb. Aytən Səfərova kompensasiya kimi dəymiş zərərin ödənilməsini tələb edib.
O, işdən çıxarılan zaman ona köçürülən 11 min manatın da düzgün hesablanmadığını bildirərək qalan məbləğin də ödənilməsini istəyib. Lakin tərəflər arasında məbləğ məsələsində razılıq əldə olunmayıb.
Bundan sonra Aytən Səfərova prokurorluğa müraciət edib və klinikanın vəzifəli şəxsləri barəsində cinayət işi açılıb. İşdə diqqət çəkən bir neçə maraqlı məqam var. Belə ki, klinika əməkdaşları “Turan Bank”dan Aytən Səfərovanın adına olan bank kartını hansı əsasla bloklatdırıb? Digər bir məqam əmək müqaviləsinə xitam verilmiş şəxsin adına yeni bank kartının necə sifariş edilməsidir.
Ən əsası isə klinikanın vəzifəli şəxsləri Aytən Səfərovanın bank kartında olan pulu nağdlaşdırmadığını haradan biliblər? Məlumata görə, onlar bu barədə informasiyanı “Turan Bank” əməkdaşlarından alıblar. İstintaq orqanı bununla bağlı banka müvafiq sorğular ünvanlayıb. Hazırda istintaq davam edir. Məlumata görə, “Caspian International” Hospitalın sahibi ilə “Turan Bank”ın əsas səhmdarların da biri eyni şəxsdir.
Klinika əməkdaşları işçilərin maaş kartlarının sifariş verilməsi, digər maliyyə əməliyyatlarını heç bir çətinlik çəkmədən həyata keçirə bilirmişlər.
-
Sosial15:10Bu işçilərin sayı və əməkhaqları artırılacaq - Prezident təsdiqlədi
-
Avropa15:07Ukraynanın axtardığı rusiyalı alim bu ölkədə həbs edildi: Nədə ittiham olunur?
-
Hadisə14:26DGK-nın vəzifəli şəxsləri saxlanıldı
-
Hadisə13:44Bakıda 8 şagird saqqızdan zəhərləndi
-
Sağlamlıq13:27Azərbaycanın qonşusunda "5 günlük qrip" tüğyan edir: Əlamətləri açıqlandı
-
Hadisə13:15Azərbaycanlı milyarderin Xəzər dənizindəki obyekti PUA ilə vuruldu
-
Region13:10Paşinyanın müəmmalı mövqeyi: Nə əldən qoyur, nə yardan doyur
-
Hadisə12:31Azərbaycanda generalın oğlu həbs edildi






.png)





.jpg)












.jpg)






