İdman
ÇL-in qalibi bu komanda olacaq - Ançelottinin iddiası
“Real Madrid”in sabiq baş məşqçisi, hazırda Braziliya millisinə rəhbərlik edən Karlo Ançelotti Çempionlar Liqasının cari mövsümünü qalibinin hansı komanda olacağı ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, Ançelotti bu barədə “TNT Sport”a danışıb.
“Çempionlar Liqasını kim qazanacaq? “Real”, mənim “Real”ım”, – 66 yaşlı mütəxəssis deyib.
İtaliyan mütəxəssis Premyer Liqanın qalibi ilə bağlı da proqnozunu bölüşüb.
“Arsenal”. Mən Premyer Liqa azarkeşiyəm. Amma məncə, “Arsenal” çox yaxşı başladı, onlar fantastik komandadır, həqiqətən güclüdür.
Və əlbəttə ki, mən “Arsenal”ı dəstəkləyirəm, çünki Qabriel orada oynayır, amma mən Rişarilson sayəsində “Tottenhem”i də dəstəkləyirəm, “Yunayted”i dəstəkləyirəm… Braziliyalı oyunçuları dəstəkləyirəm”, – Ançelotti bildirib.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə





































