Region
Paşinyanın müəmmalı mövqeyi: Nə əldən qoyur, nə yardan doyur
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın strateji məqsədinin Avropa İttifaqına üzvlük olduğunu təsdiqləyib. Lakin bildirib ki, Avrasiya İqtisadi İttifaqından çıxmaq hələ məqsəd hesab edilmir və ölkə həlledici məqama çatmayıb.
Publika.az xəbər verir ki, Paşinyan bu barədə Almaniya səfəri zamanı danışıb.
Onun sözlərinə görə, eyni vaxtda iki assosiasiyaya üzv olmaq mümkün deyil, ona görə də gələcəkdə qərar verilməlidir. Lakin onun Almaniyaya səfəri zamanı vurğuladığı kimi, indi qərar verməyə ehtiyac yoxdur. Paşinyan bir daha vurğulayıb ki, mümkün çıxışla bağlı müzakirələr artıq qaldırılıb və istənilən ssenari nəzəri cəhətdən mümkündür, lakin hələlik müzakirələr uzunmüddətli hədəflərə yönəlib.
Qeyd edək ki, Ermənistan parlamenti bundan əvvəl Aİ standartlarına keçid prosesinə başlamaq üçün qanunu təsdiqləyib. Baş nazir izah edib ki, bu, ilk növbədə, insan hüquqları, məhkəmə sistemi, iqtisadiyyat və məhsulun keyfiyyətinə nəzarət sahələrində islahatlar üçün stimuldur.
O qeyd edib ki, Avropa tələblərinə obyektiv riayət edilmədən Aİ-yə üzvlük üçün müraciət etmək mənasız olardı. Ölkə lazımi səviyyəyə çatdıqdan sonra İrəvan üzvlük üçün rəsmi müraciət edəcək. Baş nazirin fikrincə, o vaxta qədər Ermənistan istənilən halda idarəetmə sisteminin Avropa standartlarına uyğunlaşdırılmasından faydalanacaq.
Xatırladaq ki, Ermənistan prezident Vaaqn Xaçaturyan isə artıq respublikanın Aİ-yə doğru irəliləmək niyyətini rəsmi şəkildə təsbit edən qanunu təsdiqləyib.
Adəm
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar



































