Qusarda ağır qəza: ölənlərin və xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qusarda ağır qəza: ölənlərin və xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNDİ

Qusardakı yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

Publika.az xəbər verir ki, rayonun Yuxarı Ləyər kəndində KİA markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində sərnişinlər; 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.

Qəza zamanı sürücü, 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, sərnişinlər; 2022-ci il təvəllüdlü Arman və Adam Qoşqar oğlu Rəhimovlar (əkizlər) və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov xəsarət alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar.

Qeyd edək ki, qəzaya uğrayanlar Bakı şəhər sakinləridirlər və bir ailənin üzvləridir.

Hadisə ilə bağlı araşdırma aparılır.

xxx

17:49

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm