Hadisə
Baş həkimin ölkədən çıxışına qadağa qoyuldu
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızının rəhbərlik etdiyi xəstəxananın dövlət büdcəsinə vergiyə görə 22 min manat, Dövlət Sosial Müdafiə Fonduna isə 57 min manat vergi borcu yaranıb. Borcun ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.
Vergi orqanı tərəfindən borcun ödənilməsi üçün Mehriban Abdullayevaya beş gün müddət verildiyi, bu müddətdə ödəniş təmin olunmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edildiyi bildirilib.
Məhkəmənin qərarına əsasən, 1986-cı ildə Şərur rayonunda anadan olmuş, Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borc tam ödənilənədək ölkədən çıxışına qadağa qoyulub.
Məhkəmə, həmçinin bildirib ki, bu tədbirin məqsədi rəhbər şəxsi cəzalandırmaq deyil, hüquqi şəxsin vergi öhdəliklərinin icrasını təmin etmək və rəhbəri borcun ödənilməsi üçün aktiv addımlar atmağa sövq etməkdir. Qərarda qeyd olunub ki, vergi borcunun yaranmasında rəhbərin təqsirli olub-olmaması bu halda hüquqi əhəmiyyət daşımır.
Aşağı instansiya məhkəmələri Mehriban Abdullayevanın şikayətini təmin etməyib. Son olaraq Ali Məhkəməyə də Abdullayevanın kassasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, Mehriban Abdullayeva şikayətində xəstəxananın mühasibi barəsində cinayət işi açıldığını, özünün isə həmin iş üzrə yalnız şahid qismində cəlb edildiyini və borcun yaranmasında təqsirinin olmadığını bildirib.
Xəstəxananın keçmiş mühasibi barəsində mənimsəmə ittihamı ilə cinayət işi açıldığı bildirilir.
-
Qoroskop01:40Günün ulduz falı: Enerjinizi bu işlərə yönəldin!
-
Dünya01:20ABŞ əməliyyatdan öncə Maduroya görün nə təklif edib
-
Region00:15Əraqçi ailəsi ilə birgə İrandan qaçdı - Hansı ölkəyə?
-
Nəqliyyat9 Yanvar 22:56Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır
-
Cənubi Qafqaz9 Yanvar 22:42Tbilisidə məşhur ticarət mərkəzi YANDI - YENİLƏNDİ
-
Region9 Yanvar 22:14Rza Pəhləvi Trampdan kömək istədi: İrana müdaxilə etməyə hazır olun!
-
Maraq dünyası9 Yanvar 22:0040 ildir izlənirdi: Dünyanın ən böyük aysberqi bir neçə günə parça-parça olacaq
-
MDB9 Yanvar 20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO

































