Hadisə
Bakıda məşhur mağazanın seyfindən külli miqdarda pul oğurlandı
“AZNUR” MMC-nin tabeçiliyində olan “Belaruski” mağazalar şəbəkəsinin filialından külli miqdarda pul oğurlanıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, mağazada fəhlə kimi çalışan Anar Məmmədov (ad-soyad şərtidir) müdir otağına qanunsuz daxil olaraq 36404 manat məbləği cinayət yolu ilə mənimsəyib.
Seyfdən oğurladığı pulların bir qismini öz ehtiyacları üçün xərcləyən Anar, Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman cinayət əməli etiraf edib.
Saxlanılan zaman üzərində 32900 manat olan təqsirləndirilən şəxs dəymiş zərərin qalan hissəsini “AZNUR” MMC-yə ödəyib. Bundan sonra zərərçəkmiş şəx A.Məmmədovdan şikayətçi olmayıb.
Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, 1999-cu il təvəllüdlü A.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi




































.jpg)



