Hadisə
20 qəpik üstündə başlayan dava məhkəmədə bitdi
Tovuz rayonu Qovlar şəhər parkında 20 qəpik üstündə başlayan dava məhkəmədə bitib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Nadir İsmayılov Cabbar Gülməmmədovun (ad-soyadlar şərtidir) sanitar qovşaqdan istifadəyə görə əlavə iyirmi qəpik tələb etməsini bəhanə edərək ona yumruq zərbələri endirib.
Belə ki, 1968-ci il təvəllüdlü Nadir Qovlar şəhər parkının içərisində
yerləşən ödənişli sanitar qovşaqdan istifadə edib. Nadir Cabbara 10 manat verib, qarşı tərəf isə ona 9.50 AZN qalıq qaytarıb.
Bu zaman Nadir sanitar qovşaqdan istifadənin 30 qəpik olduğunu
deyərək Cabbara əlavə olaraq 20 qəpikdə verməli olduğunu deyib. Nəticədə tərəflər arasında sonu dava ilə bitən mübahisə başlayıb.
Tovuz Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə (xuliqanlıq) keçirilən prosesində hökm oxunub. Hökmə əsasən, Nadir İsmayılov 1500 manat məbləğində cərimələnib.
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...



















.jpg)



.jpg)








