Dünya
İsraildən etiraf: Türkiyə müharibənin "gizli qalibi" oldu
İsrailin “Maariv” və “Kikar” nəşrləri İran-İsrail müharibəsindən sonra Yaxın Şərqdə yaranan yeni geosiyasi vəziyyəti təhlil edərək Türkiyəni "müharibənin gizli qalibi" adlandırıblar.
Publika.az xəbər verir ki, “Maariv”ə görə, Ankara müharibə dövründə diplomatik fəallığını artıraraq regional təsirini gücləndirib və bunu qlobal nüfuzunu artırmaq üçün "qızıl fürsət"ə çevirib.
Nəşr həmçinin Türkiyənin ABŞ ilə İran arasında atəşkəs və razılaşma prosesində mühüm rol oynadığını qeyd edib.
Qəzetin təhlilinə görə, müharibədən sonra Türkiyənin NATO daxilindəki mövqeyi də güclənib. Bildirilir ki, ABŞ, Almaniya və İtaliya İrandan qaynaqlanan təhlükələr fonunda Türkiyədə əlavə raketdən müdafiə sistemləri yerləşdirib.
İsrail mətbuatı müharibənin Türkiyənin müdafiə sənayesinə də yeni imkanlar açdığını vurğulayıb. Məlumata görə, Ankara Qətər, Küveyt və Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində iri həcmli müqavilələr bağlayaraq özünü regionun etibarlı təhlükəsizlik tərəfdaşlarından biri kimi mövqeləndirib.
“Kikar” isə Türkiyənin müharibə dövründə qarşısına qoyduğu üç əsas məqsədə nail olduğunu iddia edib. Nəşrə görə, Ankara vasitəçi rolunu gücləndirib, İran mənşəli mümkün kürd qurumunun yaranmasının qarşısını alıb və regional qeyri-sabitliyin öz ərazisinə yayılmasına imkan verməyib.
Təhlildə vurğulanıb ki, İran-İsrail müharibəsi Türkiyənin diplomatiya, müdafiə, enerji və təhlükəsizlik sahələrində təsir imkanlarını daha da artıraraq ölkə üçün yeni geosiyasi mərhələnin əsasını qoyub.
Müəllif: Roza
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq





















.webp)
.jpg)


.jpg)








