Hadisə
Nərimanovda obyektdə YANĞIN - VİDEO
Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 560kv.m. olan istilik sistemləri satışı ilə məşğul olan dördmərtəbəli obyektin mansard hissəsində yanğın baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mərtəbələrə və bitişik yerləşən obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin mansardının yanar konstruksiyaları və rəflərə yığılmış santexnika malları 80kv.m. sahədə yanıb.
Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!











.jpg)


























