Hadisə
FHN-in Muğan Regional Mərkəzi təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi, “Masdar” ve “NWEPDI” şirkətlərinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda təlim keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd mümkün qəzalar zamanı xilasetmə işlərinin təşkili və aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi və şirkətlərin personalının fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi olub.
Təlim zamanı tikinti ərazisində baş vermiş şərti çökmənin nəticələri Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən operativ qaydada aradan qaldırılaraq “zərərçəkmişlər” xüsusi xilasetmə vasitələri ilə “xilas edilib”, onlara “ilkin yardım” göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriliblər.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik








.jpg)




























