Hadisə
Zakir Fərəcov vətəndaşların problemlərini dinlədi - FOTOLAR
Sumqayıt şəhərində vətəndaş məmnunluğunun artırılması və əhalinin müraciətlərinin yerində dinlənilməsi məqsədilə davamlı olaraq səyyar qəbul-görüşlər təşkil olunur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti görüşü şəhərin 1-ci məhəlləsində keçirilib.
Publika.az xəbər verir ki, səyyar qəbulda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qəsəbə sakinləri iştirak ediblər.
Görüş zamanı şəhər rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib, sosial müdafiə, məişət şəraiti, kommunal xidmətlər, yol və infrastrukturla bağlı qaldırılan məsələlər qeydə alınıb. Müraciətlərin bir hissəsi yerində operativ həllini tapıb, araşdırma tələb edən məsələlər üzrə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Zakir Fərəcov qəbul zamanı Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işləri, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması, yaşayış məhəllələrinin mərhələli şəkildə yenidən qurulması və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələr barədə sakinlərə ətraflı məlumat verib. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl və planlı şəkildə davam etdiriləcək.
Görüşdə iştirak edən sakinlər son illər Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işlərini yüksək dəyərləndirərək, vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı


















.jpg)













