Dünya
Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı
Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxdığını açıqlayıb.
Publika.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Feliks Plasensiya bəyan edib.
Nazirin sözlərinə görə, Venesuela BCM-nin fəaliyyətində coğrafi qərəz olduğunu düşünür. O bildirib ki, məhkəmənin fəaliyyəti əsasən Afrika və Latın Amerikası ölkələrinə yönəlib və bu yanaşma Qlobal Cənub ölkələrinin maraqlarına ziddir.
“Venesuela hesab edir ki, məhkəmənin hərəkətləri coğrafi qərəzi əks etdirir və bu qərəz onun işini Afrika və Latın Amerikası ölkələrinə qeyri-mütənasib şəkildə yönəldib və Qlobal Cənub ölkələrinin ziyanına olub”, - deyə Plasensiya qeyd edib.
O, həmçinin bildirib ki, mövcud beynəlxalq ədalət sistemi xalqlar arasında bərabərsizliyi dərinləşdirir, onların öz müqəddəratını təyin etmək və suverenlik hüquqlarını görməzdən gəlir.
“Bu səbəbdən, biz Venesuela xalqının təqibini davam etdirən və beynəlxalq ədalətin düzəltməli olduğu bərabərsizlikləri daha da artıran hüquqi müharibənin bu aspektini rədd edirik”, - deyə nazir vurğulayıb.
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO
-
Avto09:57Çindən avtomobillərlə bağlı görünməmiş geriçağırış - 3 milyon maşında qüsur var
-
Qoroskop09:00Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Avropa08:48Alaster Kruk Rusiyaya təzyiq göstərməyin nəticələri barədə xəbərdarlıq etdi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar




























.webp)









