Hadisə
Narkotik vasitə qəbul edib avtomobil sürdü
Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmaması aşkarlanıb.
Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Məmmədov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
-
İKT18:19ABŞ şirkətinin bu qərarı bütün smartfonları bahalaşdıracaq
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Magazin218:00Dünya ona, o isə rejissora heyrandır
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
İdman15:07295 milyonluq yeyintiyə görə saxlanıldı
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO




















.jpg)













