Hadisə
Bu rayonda yanğın oldu, 11 kənd qazsız qaldı
Ucarda yanğın zamanı qaz xətti zədələnib.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən “Ucar” QPS-dən qidalanan PE 315 millimetrlik yeraltı qaz xəttinin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.
Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb.
Qaz təchizatının dayandırılması nəticəsində 3049 abonentin qaz təminatında fasilə yaranıb.
Xəttin bərpası məqsədilə əraziyə işçi qüvvə və xüsusi texnika cəlb edilib, hazırda təmir-bərpa işləri aparılır.
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi

















.jpg)

















