Hadisə
Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında tamaşa nümayiş olundu - FOTO
Fevralın 18-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu, Füzuli Dövlət Dram Teatrının repertuarında olan və ötən ilin noyabrında premyerası keçirilən səhnə əsərinin Bakıda ilk nümayişidir. Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.
Əsərin əsas qayəsi insanın özünüdərk prosesindən, onun öz ruhu ilə qarşılaşmasından və daxili aləmin dərinliklərinə enməsindən ibarətdir. Qəhrəmanla Ruh arasında aparılan dialoqlar, rəmzi səhnələr və təkrarlanan mistik motivlər insanın öz varlığına verdiyi sualların poetik ifadəsinə çevrilir. Əsərdə zaman və məkan sabit deyil. Hadisələr bəzən keçmişə qayıdır, bəzən gələcəyə keçir.
Personajlar gerçək kimlikdən daha çox rəmzi mahiyyət daşıyır. Onlar qəhrəmanın mənəvi halətlərini, daxili parçalanmasını, qorxularını, ümidlərini və düşüncələrini təcəssüm etdirir. Ruh yalnız metafizik kateqoriya deyil, həm də qəhrəmanın içindəki işıq, həqiqət və mənəvi axtarışın rəmzidir. Personajların ruhla qarşılaşması onların daxili təmizlənməsinə, özünü tanımasına səbəb olur.
Tamaşada rolları aktyorlar Anar Buludov (Tərki Dünya), Sevinc Məmmədova (Qorxacaq Qadın), Qaçaq Qarayev (Şübhəli Məxluq), Elçin Məmmədov (Narahat Adam), Əli Hüseynov (Ağciyər), Səbuhi Əhmədov (Kimsəsiz) oynayıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək Füzuli Dövlət Dram Teatrının “Ruh” tamaşasının Milli Teatrın səhnəsindəki nümayişini əlamətdar mədəni hadisə kimi dəyərləndirib, kollektivi və müəllifi təbrik edib.
Xalq yazıçısı Kamal Abdulla yaradıcılığına müraciət etdiyi üçün Füzuli Dövlət Dram Teatrının kollektivinə və yaradılan şəraitə görə Akademik Milli Dram Teatrının rəhbərliyinə öz təşəkkürünü bildirib.
-
Qarabağ 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər






.jpg)









.jpg)





















