Hadisə
FHN Beyləqandakı yanğınla bağlı məlumat yaydı - Yeniləndi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
xxx
21:33
Beyləqan rayonunun bir neçə kəndində yanğın hadisəsi qeydə alınıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, küləkli hava şəraitində kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığında yerləşən meşə massivinə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Beyləqan rayon yanğınsöndürmə bölməsinin əməkdaşları və xüsusi texnikası tam heyətlə cəlb olunub.
Yanğının genişmiqyaslı olması səbəbindən ətraf rayonların yanğınsöndürən qüvvələrinin də əməliyyata qoşulması planlaşdırılır.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto














.jpg)
.jpg)





















