Hadisə
Hamı bu qadından danışır: Əlinə balta aldı, həyat yoldaşını 6 ayıdan xilas etdi
Hindistanda bir qadın ərinə hücum edən ayı ilə mübarizə aparıb və onun həyatını xilas edib.
Publika.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Hadisə Odişa ştatının Mayurbxanc rayonunda baş verib. Milu kəndindən olan Malde Soren və həyat yoldaşı Lili yarpaq yığmaq üçün meşəyə giriblər. Kolluqda altı ayı ilə qarşılaşıblar. Onlardan biri dərhal Maldeyə hücum edib və onu öldürməyə çalışıb. Kişi ağır xəsarətlər alıb. Bunu görən Lili baltanı götürüb yırtıcıya hücum edib. Yaralanan ayı qaçıb. Xoşbəxtlikdə digər beş ayı cütlüyə hücum etməyib.
Həyat yoldaşı tərəfindən xilas edilən Malde ağır vəziyyətdə yerli xəstəxanaya aparılıb. Daha sonra başından aldığı ağır xəsarətlər səbəbindən ixtisaslaşmış klinikaya köçürülməli olub.
İndi bütün Hindistan qəhrəman qadından danışır.
Adəm
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto











.jpg)
.jpg)























