Hadisə
Qobustan qayalarının dibində qızıl axtarırdılar: Saxlanıldılar - VİDEO
Bakının Qaradağ rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar.
Publika.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibində qazıntı işləri apararaq xüsusi maddi dəyəri olan əşyalar talamağa cəhd göstərib və nəticədə mədəni sərvətlərin yararsız hala salınmasına səbəb olublar.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Kamil Ömərov, 59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev və 47 yaşlı Elşad İsgəndərov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər öz əməllərini mobil telefonları vasitəsilə də lentə alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto














.jpg)
.jpg)





















