Hadisə
Restoranda rəfiqəsinin 5 minlik qızılını oğurladı - “102”yə də yalan məlumat verdi
Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Publika.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib.
Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən “102” Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə bilərəkdən polisə yalan məlumat verib.
Hadisədən sonra S.Abbasova rəfiqəsindən taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo.az/)
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto














.jpg)
.jpg)





















