Hadisə
Buz qırıldı və... - "Üç qardaş"a gedən 9 turistdən biri sağ qaldı
Baykal gölündə böyük bir faciə baş verib. Çinli turistləri daşıyan UAZ avtomobili buzun altına düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, avtomobildə doqquz nəfər olub və onlardan yalnız biri sağ qalıb. Sürücü də daxil olmaqla, qalan səkkiz nəfərin öldüyü ehtimal olunur.
Hadisəyə sürücü səbəb olub. Belə ki, o, buz üzərindəki çatı görməyib. Avtomobil dərhal batıb. Sərnişinlərin buzlu suda sağ qalma ehtimalı sıfıra bərabərdir.
İlkin məlumata görə, ölənlər arasında yeddi Çin vətəndaşı və bir yerli sürücü var. Sağ qalan yeganə turist möcüzəvi şəkildə batan avtomobildən xilas ola bilib. Onun necə xilas olması hələ məlum deyil.
İrkutsk polisi, xilasedicilər və müstəntiqlər artıq faciənin baş verdiyi yerdə işləyirlər. Onlar nəqliyyat vasitəsini gölün dibindən çıxaracaq, qəzanın dəqiq səbəbini və qurbanların kimliyini müəyyən edəcəklər.
Sərnişin daşınması zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılacağı ehtimal olunur.
Qeyd edək ki, hadisə "Üç qardaş" qayalarına ekskursiya zamanı baş verib.
Adəm
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto











.jpg)
.jpg)























