Hadisə
İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı
Xalq artisti İlhamə Quliyevanın 10 gün əvvəl dələduzluq ittihamı ilə həbs edilmiş bacısı qızı Nigar Həsənova sərbəst buraxılıb.
Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Nigarın vəkili İlqar Rüstəmov açıqlamasında deyib ki, həbs qərarından verdiyi apellyasiya şikayəti təmin edilib.
Hakim Faiq Qəniyev Xətai Rayon Məhkəməsinin həbs qərarının qüvvəyə minməsini əsas görməyib. Nigar Həsənova məhkəmə zalından azadlığa buraxılıb.
Vəkil əlavə edib ki, bu iş yalnız borc və sələmlə bağlıdır, ortada böyük cinayət yoxdur. Hakim də indiki qərarı qəbul etməzdən əvvəl müdafiə tərəfi ilə eyni nəticəyə gəlib.
Qeyd edək ki, cinayət işi üzrə 18 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, zərərçəkmişlərə məxsus, çoxu qızıl-zinət əşyaları olmaqla 810 min 337 manat ziyan dəyib.
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi






.jpg)




.jpg)
























