Hadisə
Polisə bilə-bilə yalan məlumat verən qadın məsuliyyətə cəlb olundu
Şəkidə polisə cinayət törədilməsinə dair bilə-bilə yalan məlumat verən 1989-cu il təvəllüdlü Solmaz Qədimova (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 37 yaşlı qadın ərinin avtomobil almaq üçün yığdığı puldan 1300 manat xərcləyib.
Qadın pulu yerinə qoya bilmədiyindən maraqlı ssenari fikirləşib. Solmaz ərinə zəng edərək həyətə üç maskalı şəxsin daxil olduğunu, onlardan birinin bıçağı onun boğazına dirədiyini və pul tələb etdiyini bildirib. O uşaqlarının və özünün ölümlə hədələndiyini bildirərək, sözdə oğrulara 1300 manat və boynundakı 10 manatlıq bujiteriyanı vermək məcburiyyətində qaldığını deyib.
Solmaz Qədimova heç kimin şübhələnməməsi üçün boynundakı bujiteriyanı özü qoparıb və nəticədə boynunda iz qalıb. Qadın tapılmaması üçün bəzək əşyasını ayaqyoluna atıb.
Sonradan isə polisə olmayan hadisə ilə bağlı məlumat verilib. Cinayət işi başlandıqdan sonra isə Solmaz Qədimova vəziyyətin qəlizləşdiyinin fərqinə varıb və əməlini etiraf edib.
Məhkəmənin qərarı ilə S.Qədimovanın azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılıb.
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”






































