Hadisə
Ağdamda orta məktəbdə dava: Xadimə direktora hücum etdi
Ağdam rayonunda orta məktəbdə dava olub.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbə orta məktəbində məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib.
Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa bilməz. Məsələdən xəbər tutan Ü.Abdullayeva direktorun otağına gələrək, onu söyüb. Daha sonra xadimə ilə direktor arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib, xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, xadimə saxlanılıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə xadimə 60 manat cərimə olunub.
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR







.jpg)




















.jpg)










