Əraqçidən Avropaya SƏRT MESAJ: İrana dərs verməyə haqqınız yoxdur!
Bizi izləyin

Dünya

Əraqçidən Avropaya SƏRT MESAJ: İrana dərs verməyə haqqınız yoxdur!

Əraqçidən Avropaya SƏRT MESAJ: İrana dərs verməyə haqqınız yoxdur!

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının insan haqları ilə bağlı Tehrana yönəltdiyi bəyanatları sərt şəkildə tənqid edib.

Publika.az xəbər verir ki, Əraqçi bu barədə Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis ilə telefon danışığı zamanı bildirib.

Əraqçi Aİ-nin insan haqları məsələsində başqalarını tənqid etmək üçün mənəvi əsasının olmadığını deyib. O, bəzi Avropa ölkələrinin İsrailə hərtərəfli dəstək verməsini, Fələstində baş verənlərə, həmçinin İsrailin Livan və İranda törətdiyi hərbi cinayətlərə münasibətdə susmasını “ikili standart və riyakarlıq” adlandırıb.

“Avropa İttifaqı insan haqları sahəsindəki təcrübəsinə görə başqalarına dərs vermək üçün heç bir mənəvi haqqına malik deyil”, - deyə Əraqçi bildirib.

İranlı nazir ABŞ-ın İrana qarşı davam edən hərbi-dəniz blokadasını və iyunun 18-də əldə olunan razılaşmaların pozulmasını da pisləyib. O, İranın milli maraqlarını və təhlükəsizliyini qorumaqda qətiyyətli olduğunu vurğulayıb.

Əraqçi həmçinin Omanla Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün marşrutların müəyyənləşdirilməsi üzrə danışıqların davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, strateji su yolunda yaranmış qeyri-sabitlik ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün birbaşa nəticəsidir.

Nazir beynəlxalq ictimaiyyəti təcavüzkarları və beynəlxalq hüququ pozan tərəfləri məsuliyyətə cəlb etməyə çağırıb.

Yunanıstanın xarici işlər naziri isə gərginliyin azaldılması istiqamətində diplomatik səylərə dəstəyini ifadə edib və Afinanın texniki və ekspert yardımı göstərməyə hazır olduğunu bildirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm