Hadisə
Bakıda atasının maşınında oynayan uşaqlar faciəyə səbəb oldu - ÖLƏN VAR
Atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirib.
Belə ki, Xətai rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.
Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.
Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.
Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur.
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR







.jpg)




















.jpg)










