Hadisə
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı vəfat etdi - FOTO
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Cavid Cabbarov vəfat edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, uzun illər Azərbaycan Ordusu sıralarında xidmət etmiş zabit 42 yaşında dünyasını dəyişib.
Məlumata görə, Cavid Cabbarov xidmət etdiyi dövr ərzində yüksək peşəkarlığı və vətənə bağlılığı ilə seçilib. O, Aprel döyüşləri və Vətən müharibəsi zamanı iştirak edərək ölkənin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə fəal rol oynayıb.
Bildirilir ki, şücaətinə görə dəfələrlə təltif olunan zabit həm döyüş meydanında, həm də xidmət illərində nümunəvi hərbçi kimi tanınıb.
Qeyd edək ki, mərhum Cavid Cabbarov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından biri olub.
Yaxınlarının bildirdiyinə görə, Cavid Cabbarov bu gün Beyləqan rayonunun Dünyamalılar kənd qəbiristanlığında dəfn olunacaq.
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR





































