Hadisə
Dəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT
Suraxanı rayonu ərazisində, Zığ-Hava Limanı yolunda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
Publika.az xəbər verir ki, hadisə zamanı 1965-ci il təvəllüdlü Azad Əhmədov, yeznəsi 1986-cı il təvəllüdlü Elvin Əsgərov və Azad Əhmədovun bibisi oğlu 1984-cü il təvəllüdlü Samir Məmmədov qohumlarının toyundan qayıdırmışlar. Onlar yolun kənarında "Hyundai" markalı yük avtomobilinin yaxınlığında dayanaraq taksi gözləyiblər.
Həmin vaxt yüksək sürətlə hərəkət edən "Toyota Corolla" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə piyadaları vurub, daha sonra isə yük maşınına çırpılaraq yanıb.
Qəza nəticəsində Samir Məmmədov hadisə yerində, Elvin Əsgərov isə xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alan Azad Əhmədov hazırda komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsindədir.
Qəza zamanı "Toyota" markalı avtomobildə sərnişin qismində olan bir qadın da xəsarətlərlə xəstəxanaya yerləşdirilib./oxu.az
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR





































