Hadisə
Müşavirin evinə "Şahid" girdi - Xəstəxanalıq olan rəsmidən xəbər var - FOTO
Ukrayna Müdafiə Nazirinin müşaviri, tanınmış hərbi ekspert Serqey Beskrestnovun evinə pilotsuz uçuş aparatı (PUA) çırpılıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Serqey Beskrestnov "Facebook" səhifəsində paylaşıb.
O bildirib ki, Rusiya ordusunun gecə saatlarında həyata keçirdiyi kütləvi hücum zamanı reaktiv mühərrikli "Şahid" dronlarından biri birbaşa onun evini hədəf alıb. Zərbə nəticəsində ev tamamilə dağılıb, müşavir isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Müşavir hadisə anını belə təsvir edib: "Bir ədəd idarə olunan reaktiv "Şahid" evimin divarına çırpıldı. Evim artıq yoxdur. Mən də xəsarət aldım, amma əsas odur ki, möcüzə nəticəsində sağ qaldım".
Qeyd edək ki, aprelin 20-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə 142 zərbə PUA-sı ilə hücum edib.
Hücumda "Şahid"lərlə yanaşı, "Qerbera" və "İtalmas" tipli pilotsuz aparatlar da iştirak edib. Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri 113 dronu zərərsizləşdirsə də, 18 fərqli nöqtədə düşmən PUA-larının hədəfə çatdığı bildirilir.
Müəllif: Adəm

-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı




































