Hadisə
“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
Rusiyada “Zelenoqrad Çikatilosu” kimi tanınan, silsilə qətillər törədən qatil Yuri Qritsenkonun Ukrayna ilə müharibə zonasına göndərildikdən sonra həlak olduğu bildirilir.
Publika.az xəbər verir ki, bu barədə “Shot” "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Moskvada və ətraf vilayətlərdə 5 qadını qətlə yetirən, daha 10 nəfəri isə yaralayan Qritsenko “Ştorm Z” adlı dəstənin tərkibində, sanitar-evakuasiya bölüyündə xidmət edib. O, 2023-cü ilin sentyabrında vaxtından əvvəl azadlığa buraxıldıqdan sonra könüllü şəkildə müharibəyə yollanıb.
Bildirilir ki, onun şəxsiyyəti yalnız yaxın zamanda dəqiqləşdirilib. Qritsenko Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olub.
Qeyd edək ki, 2024-cü ilin mayında onun 14 iyun tarixində azadlığa çıxa biləcəyi ilə bağlı məlumat yayılmışdı. O, ümumilikdə 22 il Mordoviyadakı 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb, bunun 13 ilini isə sərt rejimli təkadamlıq kamerada keçirib.
Qeyd edək ki, Yuri Qritsenko vaxtilə milis əməkdaşı olub, lakin spirtli içkiyə görə işdən qovulub. Onun ilk cinayəti 1993-cü ildə qeydə alınıb. Bir qadını qətlə yetirdiyinə görə 9 il həbs cəzası alıb və 2000-ci ilin sonunda vaxtından əvvəl azadlığa buraxılıb.
Müəllif: Adəm
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı




































