Hadisə
4 il əvvəl müəmmalı şəkildə yoxa çıxmışdı: 19 yaşlı qız sağ tapıldı
ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində təxminən dörd il əvvəl itkin düşən 19 yaşlı Coniya Uoker sağ tapılıb.
Publika.az xəbər verir ki, Coniya Uoker 2022-ci il iyunun 23-də evdən çıxdıqdan sonra müəmmalı şəkildə yoxa çıxmışdı. Həmin gün anası işə gedərkən qızı yataqda idi. Gün ərzində onunla bir neçə dəfə telefon əlaqəsi saxlansa da, sonradan zənglərə cavab verməyib. Elə həmin gün atası ilə görüşməli olsa da, görüşə gəlməyib.
Müşahidə kameralarının görüntülərində saat 14:30 radələrində Uokerin böyük bel çantası ilə evi tərk etdiyi əks olunub. Bundan sonra onun taleyi barədə uzun müddət heç bir məlumat əldə olunmayıb.
ABŞ polisi itkin düşən gənc qızın sağ tapıldığını təsdiqləyib. Məlumata görə, onun səhhətində hər hansı problem aşkarlanmayıb.
Hüquq-mühafizə orqanları Coniya Uokerin əslində bu ilin may ayında tapıldığını, lakin bu barədə məlumatın yalnız indi ictimaiyyətə açıqladığını bildirib.
Qızın son dörd il ərzində harada olduğu isə hələlik açıqlanmır.
Adəm
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR






.jpg)

























.jpg)
.jpg)