Hadisə
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olundu
Ölkəmizdə ilk dəfə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi müharibə veteranlarının məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə təşəkkürnamə ilə təltif edilib.
Publika.az xəbər verir ki, təşəkkürnaməni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim edib.
Forumda məşğulluğun təminatı sahəsində dövlət və biznes arasında əməkdaşlığın gücləndirilməsi, işəgötürənlərə dövlət dəstəyi və birgə təşəbbüslər müzakirə olunub. Tədbirdə həssas qruplara aid şəxslərin məşğulluğunun təminatına mühüm töhfələr verən 5 özəl sosial tərəfdaş mükafatlandırılıb.
Bu təltif “OBA” marketlər şəbəkəsinin sosial məsuliyyət sahəsində fəaliyyətinin və müharibə veteranlarının məşğulluğuna verdiyi töhfənin qiymətləndirilməsidir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək müharibə veteranları üçün yeni iş imkanlarının yaradılmasını hədəfləyir. Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi 2023-cü ildən etibarən hər il məşğulluğun dəstəklənməsinə verdiyi töhfələrə görə müxtəlif nominasiyalar üzrə təltif olunub.
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun







.jpg)






























.png)