Hadisə
“Arzum"un törətdiyi qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
“Arzum“ ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın adının hallandığı avtomobil qəzasında dünyasını dəyişən Amal Məlikovla bağlı yeni məlumatlar sosial şəbəkədə müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova Amal Məlikovun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı bir sıra məhkəmə sənədləri yayıb.
Sənədlərdə Amal Məlikovun 2021-ci ildə xuliqanlıq maddəsi ilə bağlı hökm oxunduğu əks edilib. Bildirilib ki, Amal Məlikov başqa şəxslə birlikdə ictimai qaydanı pozmaqda, mübahisə və zor tətbiqi ilə bağlı hadisədə təqsirli bilinib.
Həmçinin mərhuma 2022-ci ildə narkotik vasitə ilə bağlı hökm oxunub. Sənəddə göstərilib ki, onun üzərindən 2.262 qram heroin aşkar olunub. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay azadlıqdan məhrum edilib, həmçinin narkomaniyadan məcburi müalicə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes”lə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi













































.jpg)
.jpg)