Hadisə
Çimərliklərdə maarifləndirmə tədbirləri keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib.
Publika.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd əhaliyə çimərliklərdə təhlükəsizilik qaydaları barədə müvafiq biliklərin aşılanması olub.
"Belə ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı, Sumqayıt, Cənub və Şimal Regional mərkəzləri tərəfindən müvafiq olaraq Bakı şəhəri və Abşeron yarımadası, Sumqayıt şəhəri, Lənkəran şəhəri və Xaçmaz rayonu ərazisində yerləşən çimərliklərdə sularda təhlükəsizlik qaydalarına dair silsilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, xilasedicilərin çağırış və tələblərinə, sanitar-gigiyena qaydalarına əməl olunması, uşaqların nəzarətsiz qoyulmaması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün görülməli olan zəruri tədbirlər barədə tövsiyələr verilib, maarifləndirici çap materialları paylanılıb", - məlumatda qeyd olunub.
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






.jpg)
.jpg)















.jpg)














.jpg)