Hadisə
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi - Foto
Fövqəladə Hallar Nazirliyi ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhali arasında kütləvi maarifləndirmə tədbirlərini səlahiyyətləri daxilində davam etdirir.
Mazirlikdən Publika.az-a verilən məlumata görə, bu çərçivədə, oktyabrın 10-da FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “BakuBus” MMC və “PASHA Malls” şirkətinin dəstəyi ilə Bakı şəhərinin ən sıx nəqliyyat və piyada qovşaqlarından biri olan metronun “28 May” stansiyasının ətrafındakı ərazidə bir sıra mühüm obyektlərdə yanğın təhlükəsizliyi üzrə genişmiqyaslı maarifləndirmə aksiyası keçirilib.
Tədbir zamanı Xidmətin əməkdaşları tərəfdaş qurumların nümayəndələri ilə birgə ərazidən, ictimai nəqliyyatdan və ticarət obyektlərindən istifadə edən vətəndaşlarla profilaktik söhbətlər aparıb, vətəndaşlara vacib təhlükəsizlik qaydaları barədə məlumat veriblər.
Profilaktik söhbətlər zamanı metro, qatar və avtobuslarda, nəqliyyat qovşaqlarında, həmçinin ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin, təxliyə yolları və keçidlərin boş saxlanılmasının, məişətdə və ictimai məkanlarda elektrik və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi vətəndaşlara, o cümlədən müəssisələrin məsul əməkdaşlarına izah edilib.
Bununla yanaşı, gün ərzində “28 May” stansiyasının qarşısındakı ərazidə, metro stansiyasının və dəmir yolu vağzalının giriş-çıxışlarında, “BakuBus” avtobus dayanacaqlarında, habelə yaxınlıqdakı ticarət mərkəzlərinin, nəqliyyat obyektlərinin daxili və xarici monitorlarında məişətdə, ticarət müəssisələrində və nəqliyyatda yanğın təhlükəsizliyi qaydalarını, elektrik və qaz şəbəkələrinin təhlükəsiz istismarını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Həmçinin, tədbir çərçivəsində vətəndaşlara yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış qaydalarını özündə əks etdirən maarifləndirici buklet və broşürlər paylanılıb.
Fövqəladə Hallar Nazirliyi bir daha əhalini məişətdə, ictimai nəqliyyatda və insanların kütləvi toplaşdığı məkanlarada yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq
-
Region15:29Erməni əsgərin güllələnmiş meyiti tapıldı
-
İdman12:02Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
























.jpg)









.jpg)






.jpg)






.jpg)



