Hadisə
Bakıda maşını xarab olan sürücü həbs olundu
Bakıda ictimai yerdə asayişi pozan həbs olunub.
Publika.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Poladəritmə” zavodunun yanında qeydə alınıb.
35 yaşlı Süleyman Cabbarov (şərti adla) qeyd olunan ərazidə ucadan söyüşlər söyərək, xırda xuliqanlıq əməli törədib. Ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, irad bildirib və əməllərini dayandırmasını desələr də, Süleyman qanuni tələbə məhəl qoymayıb. Nəticədə o saxlanılaraq, barəsində protokol tərtib olunub.
S. Cabbarov ifadəsində bildirib ki, maşını xarab olduğu üçün əsəbindən söyüş söyüb. O, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Süleyman Cabbarov 1 ay müddətinə inzibati qaydada həbs olunub.
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi









.jpg)









.jpg)



















