Hadisə
Ayı evə girdi, hər şeyi dağıtdı, divanda yatdı və ... - ŞOK mənzərənin FOTOSU
Rusiyanın Tomsk vilayətində qeyri-adi hadisə baş verib. Ayı sahibinin olmadığı vaxtda evə girərək oranı alt-üst edib, soyuducunu dağıdıb, yemək yeyib və sonda divanda yatıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ötən həftənin sonunda Karqasok rayonunun Neqotka qəsəbəsində baş verib.
Bu barədə Tolparovsk kənd yaşayış məntəqəsinin rəhbəri Lyudmila Qavrilova məlumat verib.
Onun sözlərinə görə, ayı pəncərəni sındıraraq içəri daxil olub. Vəhşi heyvan evdəki əşyaları dağıdıb, soyuducunu gəmirərək açıb. Ehtimal olunur ki, oradan ət və yumurta taparaq yeyib.
Ayı bununla kifayətlənməyib: masanı və mebelləri sındırıb, divarları cırmaqlayıb, şəkilləri divardan çıxarıb. Onun evdəki hərəkətləri zamanı hətta televizor da işə düşüb.
Daha sonra yırtıcı divana uzanıb və yuxuya gedib.
Səhər saatlarında qadının yaxınları sobanı yandırmaq və pişiklərə yemək vermək üçün evə gəliblər. İçəridən xorultu səsi eşidən qohumlar divanda rahatca yatmış ayını görüblər.
Müəllif: Adəm

-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO






.jpg)

.jpg)











.jpg)
















