Hadisə
Güclü külək Bakı-Qazax magistralını bağladı - FOTO
Avtomobillər saatlarla yolun açılmasını gözləyib.
Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün axşam saatlarında qərb bölgəsində müşahidə edilən güclü külək və dolu qarışıq leysan yağışları bir sıra fəsadlar yaradıb. Şəmkir, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında aqrar sektora ciddi ziyan dəyib. Sosial obyektlərin və fərdi yaşayış evlərinin dam örtükləri sıradan çıxıb.
Şəmkir rayonunda müşahidə olunan küləkli hava sonradan leysan yağışları və iri həcmli dolu ilə əvəzlənib. Güclü külək rayon mərkəzində, kəndlərdə elektrik və yol təsərrüfatlarına ciddi ziyan vurub. Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində irigövdəli ağac aşaraq yolu bağlayıb. Kəndlərarası yollarda ağacların aşması ilə hərəkət məhdudlaşıb.
Bir saata yaxın müşahidə olunan küləkli hava Şəmkirdə təxminən 6 kəndi birləşdirən yolu bağlayıb. Səbəb isə iri gövdəli ağacların qırılaraq yola aşmasıdır.
Avtomobillər saatlarla yolun açılmasını gözləyib. Mənzil başına tələsən bəzi sakinlər müəyyən məsafəni piyada qət etməli olublar.
Güclü külək səbəbi ilə rayon mərkəzində, eləcə də Muxtariyyə Düyərli Zəyəm-Cırdaxan və Xuluf kəndlərində fərdi yaşayış evlərinin, sosial obyektlərin dam örtüyünü külək qoparıb. Düyərli kəndində iri gövdəli ağac yardımçı tiklinin üzərinə düşüb.
Rayon Fövqəladə Hallar Komissiyasının bütün texnikası və canlı qüvvəsi səfərbər edilib. Qısa müddət ərzində elektrik və yol təsərrfütına dəyən ziyan aradan qaldırılıb. Hazırda komissiya üzvləri dəymiş ziyanın miqdarını müəyyənləşdirir.
Qüdrət Əliyev - Şəmkir Rayon FHK-nın sədri: "Bildirmək istəyirəm ki, dolu nəticəsində Şəmkir rayonunun Tatar və Zəyəm-Cırdaxan kəndlərində təsərrüfatlara da ziyan dəyib. Eyni zamanda rayon mərkəzi də daxil olmaqla müəyyən yaşayış məntəqələrində ağaclara qırılaraq yolları bağlayıb. Düyərli kəndində iki ağac qırılaraq magistralı bağlayıb. Bundan başqa Dəllər qəsəbəsində Sərhəd Xidmətinə aid 5 mərtəbəli yaşayış binasının dam örtüyünü də külək qoparıb. Fəsadlar qismən aradan qaldıırlıb. Müəyyən yüngül işlər qalıb, onlar da qısa zamanda öz həllini tapacaq".
Güclü külək və qasırğa Tovuzun bəzi kəndlərində də fəsadlar törədib. Yağışın ardından yağan dolu nəticəsində Kirən, Köhnə Qala, Böyük Qışlaq və bir sıra kəndlərdə təsərrüfat sahələrinə ziyan dəyib. Daha çox kartof sahələri yararsız hala düşüb. Anoloji hal Gədəbəydə də yaşanıb. Sakinlərin qazanc yeri olan kartof sahələrinə xeyli ziyan dəyib. Külək rayonda yerləşən Avtomobil Məktəbinin dam örütüyünü də uçurub. Elektrik naqillərinə qismən ziyan dəyib.
Təbii fəlakət Daşkəsən rayonunda daha çox elektrik təsərrüfatına təsir edib. Hazırda Daşkəsən şəhərinin yarısı elektrik enerjisiz qalıb. Qasırğa bir neçə yaşayış binasının dam örtüyünü kənara atıb.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
















.jpg)


















.jpg)
.jpg)

