Hadisə
Bacısının başını kəsən qardaş DANIŞDI
4 gün əvvəl Tovuzda boğazı kəsilərək öldürülən 17 yaşlı qızın qətlinin üstü açılıb.
Hüquq-mühafizə orqanlarından ANS-ə verilən məlumata görə, Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan 1999-cu il təvəllüdlü Günay Gülməmmədovanın qardaşı - 1994-cü il təvəllüdlü Ruslan Gülməmmədov tərəfindən öldürüldüyü məlum olub.
Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir. Belə ki,
şübhəli şəxs qismində saxlanılan Ruslan istintaqa ilkin ifadəsində
bacısının boğazını kəsdiyini və qarın nahiyəsindən bıçaq zərbəsi
endirdiyini bildirib və qətlin səbəbini də açıqlayıb.
“Bacımı qısqanclıq zəminində öldürmüşəm. Bir neçə dəfə onun
telefonla danışdığını aşkarlamışam və xəbərdarlıq etmişəm. Lakin
Günay bu xəbərdarlıqlara məhəl qoymadı. Hadisə baş verən gün
günorta saatlarında Günay evimizin yaxınlığından keçən Əsrik
çayının sahilinə getdi. Mən də onun ardınca getdim və onu
öldürdüm”, - deyə saxlanılan şəxs bildirib.
Qətl hadisəsi iyunun 19-da baş verib. Axşam saatlarında Aşağı
Quşçu kəndi yaxınlığında olan körpünün yaxınlığında naməlum qadın
meyiti tapılıb. Aparılan araşdırmalar nəticəsində öldürülən qadının
1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum
olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsi ilə işi başlanılıb.
Gənc qızın meyiti Əsrik çayının üzərindəki körpünün altına atılıb. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürücüsü olan atası başqa qadınla ailə qurub.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)