Hadisə
Cəbhəyanı bölgələrdə minaatan və tank mərmiləri aşkarlanıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 23-də bir fermaya, 3 əkin sahəsinə, 7 partlayış yerinə baxış keçiriblər. Nəticədə dörd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.
Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat – “9M22U” qrad raketinin mühərrik hissəsi, Füzuli rayonunun Horadiz kəndində 82 millimetrlik iki minaatan mərmi aşkar olunaraq götürülüb. Qazax rayonunun Quşçu Ayrım kəndində aşkarlanan 125 millimetrlik 1 tank mərmisi agentliyin mütəxəssisləri tərəfindən götürülərək zərərsizləşdirilib. Gün ərzində 12 min 290 kvadratmetr ərazi minalardan təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 25 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış olub. Nəticədə 1548 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 POMZ-2 və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)