Hadisə
DİN Cahangir Hacıyevin vurduğu ziyanın məbləğini AÇIQLADI
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması faktına görə başlanmış cinayət işinin istintaqı bəzi epizodlar üzrə başa çatıb.
DİN mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq ona rəhbərlik etməsinə, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesablarının açılması və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verməsinə, eləcə də C.Hacıyev və cinayətin digər iştirakçılarının Müşahidə Şurasının qərarı olmadan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəmələrinə və beləliklə, Səhmdar Cəmiyyətə ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar müəyyən edilib.
Qeyd edilən epizodlar üzrə C.Hacıyevə və digər 7 şəxsə Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, iş üzrə
təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyeva
istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri
seçilərək axtarış elan edilib.
Hazırda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş
materialları ilə tanış edilir və cinayət prosessual
qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi məhkəməyə
göndərilmək ərəfəsindədir.
Eyni zamanda, istintaq prosesində ölkə daxilində və bir sıra xarici
dövlətlərdə müxtəlif lahiyələrin həyata keçirilməsi adı altında
yaradılmış 100-dən çox müəssisə və şirkət vasitəsilə “Azərbaycan
Beynəlxalq Bankı” ASC-dən götürülmüş külli miqdarda pul
vəsaitlərinin mənimsənilməsinə şübhələr üçün əsaslar müəyyən
edildiyindən ayrıca icraatda cinayət işi ayrılıb.
İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
İdman12:47Qabırğaları sınıb ağciyəri deşilsə də, yarışı dayandırmadı - VİDEO






















.png)













.jpg)