Hadisə
"Facebook"a görə qardaş bacısını qana boyadı
Bakının Suraxanı rayonunda qardaş bacısını
bıçaqlayıb.
Hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. 36 yaşlı Ramil Nahid
oğlu Əhmədovun bacısı 25 yaşlı Ramilə Əhmədovanı bıçaqlamasına
ilkin səbəb kimi isə sonuncunun sosial şəbəkədən istifadə etməsi
göstərilib. Ramil bacısına çoxsaylı zərbələr endirib. Yaralı
xəstəxanaya gətirilib və dərhal əməliyyat olunub.
Həkimlər Ramilə Əhmədova da 10-a yaxın bıçaq xəsarətinin
olduğunu bildiriblər.
Hadisədən sonra Ramil Əhmədov Daxili İşlər Nazirliyinin “102
Zəng mərkəzi”nə məlumat verərək bacısını bıçaqlandığını deyib.
31-ci polis bölməsinin əməkdaşları Ramil Əhmədovu saxlayaraq
istintaqa təhvil veriblər.
Faktla əlaqədar cinayət məcəllənin 126.1 qəsdən sağlamlığa ağır
zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir. (APA)
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)