Hadisə
Ağcabədidəki dəhşətli cinayətin TƏFƏRRÜATI
Ağcabədidə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.
Milli.Az bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən
məlumata görə, arvadını, qaynatası və qaynanasını qətlə yetirdikdən
sonra intihar edən, Xocavənd rayon sakini, 1970-ci il təvəllüdlü
Ələsgər Əşrəf oğlu Quliyevin həyat yoldaşı ilə problemləri
olub.
Belə ki, Ə. Quliyev həyat yoldaşı, 1976-cı il təvəllüdlü Raifə Ənvər qızı Səfərova ilə birlikdə Füzuli rayonunun Alıxanlı kəndində heyvandarlıq fermasında yaşayıb. Təxminən 2 ay əvvəl R. Səfərovanın ehtiyatsızlıqdan sağ ayağı sındığı üçün Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisində "Kökəltmə" adlanan ərazidə yerləşən atası evinə gedib və bu müddət ərzində ərinin yanına qayıtmayıb.
Ə. Quliyev iyunun 25-də R. Səfərovanı özü ilə yaşadığı fermaya aparmaq üçün qaynatasının evinə gəlib. O, həyat yoldaşının özü ilə getməsini israr etsə də, arvadı onunla getməkdən imtina edib. Valideynləri də R. Səfərovanın hələ orada qalıb müalicə almalı olduğunu bildiriblər. Həmin səbəbdən mübahisə baş verib. Bu zaman Ə. Quliyev özü ilə gətirdiyi ov tüfəngi ilə əvvəlcə evin həyətində qaynanası, 1954-cü il təvəllüdlü Nazilə Savalan qızı Səfərovanı qətlə yetirib. Ə. Quliyev daha sonra evə daxil olaraq yataq otağında arvadı R. Səfərovanı güllələyib. Ə. Quliyev arvadını öldürdükdən sonra getmək istəyərkən həyətdə qaynatası, 1949-cu il təvəllüdlü Ənvər Cənnətalı oğlu Səfərovla qarşılaşıb və tüfəngdən atəş açaraq onu da öldürüb.
Ə. Quliyev daha sonra Bəhramtəpə-Ağcabədi avtomobil yolunun
Ağcabədi rayonu Ağabəyli kəndi ərazisindən keçən hissəsinə gələrək
əlindəki silahdan özünün boğaz nahiyəsindən bir dəfə atəş açmaqla
intihar edib.
Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanları əməkdaşları
oradan lüləsi kəsilmiş, 16 mm kalibrli ov tüfəngi və 4 ədəd giliz
götürüblər.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi






































.jpg)
