Hadisə
İsmayıllıda yük maşını qoyun sürüsünə girdi - FOTO
İsmayıllı rayonu ərazisində yük avtomobilləri qoyun sürüsünə çırpılıb, 80-dən çox heyvan tələf olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 07.30 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində, İsmayıllı rayonunun Hapıtlı kəndi ərazisndən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 10-OD-285 dövlət nömrə nişanlı “KamAz” markalı yük maşını və 99-FS-470 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olarkən qışlaqdan yaylağa köç edən minlərlə baş qoyunun olduğu sürüyə çırpılıb. Nəticədə, azı 80 baş xırda buynuzlu heyvan tələf olub.
Hadisə yerinə yol polisi və baytarlıq idarəsinin əməkdaşları cəlb olunub.
Dəyən ziyanın həcminin təxminən 7000 manat təşkil etdiyi bildirilir.
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi






































.jpg)
