Hadisə
Moskvada azərbaycanlı 15 il azadlıqdan məhrum edildi
Moskvada Azərbaycan vətəndaşı Xəyal Əlizadə “Losinıy
Ostrov” parkında silsilə soyğunçuluq törətdiyi üçün 15 il müddətinə
azadlıqdan məhrum edilib.
APA-nın verdiyi xəbərə
görə, Moskva Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, həmin
şəxs 2012-2015-ci illərdə 8 dəfə qarət, 5 dəfə soyğunçuluq törədib.
Onun qurbanları hər dəfə avtomobillə evə qədər ötürülmək barədə
razılaşdığı qadınlar olub.
O, "qurbanları"nı “Losinıy Ostrov” parkından keçən, adam olmayan
küçəyə aparıb, təhdid edib, pullarını və qiymətli əşyalarını alıb.
Daha sonra onları orada qoyaraq hadisə yerini tərk edib.
Ümumilikdə o, 13 qadının 2,5 milyon rubl (təxminən 60 min manat)
məbləğində pulunu alıb.
Məhkəmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə
onun 15 azaldıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
