Hadisə
Maşın bazarındakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Bakının Nizami rayonundakı Maşın bazarı adlanan ərazidə
baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi
yanıb.
APA-nın məlumatına
görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından
Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib.
Onun bildirdiyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan
birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb:
“Dükanlar arasında arakəsmə yoxdur, iş vaxtı olmadığından
piştaxtalar dəmir barmaqlıqlarla bağlı olub, eyni zamanda, tezliklə
əraziyə çoxlu adam yığıldığı və hər kəs öz əmlakını çıxartmağa cəhd
göstərdiyi üçün maneə yaranıb”.
R.Xudiyev bildirib ki, yanğın əsasən bazarın boyalar, neft
məhsulları satılan hissəsində baş verib.
“Bütün çətinliklərə baxmayaraq, yanğının qarşısı alınıb, bazarın 3
min kvadrat metr ərazisindən 930 kvadratmetrini əhatə edən yanğın
söndürülüb. Digər ərazilər yanğından mühafizə edilib”.
O, yanğının başvermə səbəbinin ekspertlərin araşdırmasından sonra
məlum olacağını da qeyd edib.
Rəis müavini bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan
olmayıb.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
