Hadisə
Maşın bazarında 60-dan artıq mağaza kül oldu
Dünən axşam saatlarında Bakının Babək prospektində fəaliyyət göstərən "Maşın bazarı"nda baş verən yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.
Bu barədə Trend-ə bazardakı sahibkarlar məlumat verib.
Sahibkarlar bildiriblər ki, hadisə nəticəsində bazarda olan 3 ticarət çərgəsinin birinci sırası tam, ikinci sıranın isə bir hissəsi yanıb: "Hadisə nəticəsində 60-dan çox mağaza və köşk tamamilə yanıb. Həmin sıradan heç nə çıxarmaq mümkün olmayıb. Ümumilikdə, 1000 kvadratmetrə yaxın ərazidəki bütün mağazalar yanıb."
Qeyd edək ki, dünən axşam saatlarında Bakı şəhəri, Nizami rayonundakı maşın bazarında mağazalardan birində güclü yanğın baş vermişdi. Hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobil və qüvvə cəlb olunmuşdu.
Fövqəladə Hallar Nazirliyinin baş vermiş yanğın hadisəsi ilə bağlı ötən gün yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
